Renat Dadaşov üçün 3 dəqiqə, 3 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 33-cü turu çərçivəsində “Lütsern”lə qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı qələbə ilə tərk edib – 2:0.

Renat Dadaşov bu görüşün 87-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.

“Qrasshopper” hazırda 43 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 31 oyuna 8 qol, 3 məhsuldar ötürmə və 9 sarı vərəqə var.