Renat Dadaşov üçün 90 dəqiqə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 7-ci turu çərçivəsində “Vintertur”la qarşılaşıb.

“Qrasshopper” bu rəqiblə doğma meydanda qarşılaşıb və darmadağınla qalib gəlib – 3:0. 27-ci dəqiqədə hesabı açan futbolçumuzun komandası, 60 və 62-ci dəqiqələrdə darmadağını rəsmiləşdirib.

Renat Dadaşov bu görüşün ilk dəqiqələrindən meydanda olub və sonadək oynayıb.

“Qrasshopper” hazırda 12 xalla 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.