Renat Dadaşov və Həsən Nəzərovun yoxluğunda darmadağın

Azərbaycanlı futbolçular Renat Dadaşov və Həsən Nəzərovun çıxış etdiyi Türkiyənin “Ankaragücü” komandası növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, paytaxt klubu bu gün Türkiyə 1-ci Liqasının 12-ci turu çərçivəsində “Erokspor”u qəbul edib.

Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dadaşov zədəli olduğu üçün bu oyunda iştirak etməyib. Nəzərov isə 20 nəfərlik heyətə salınsa da, sonadək ehtiyatda qalıb.

“Ankaragücü” bu nəticədən sonra 19 xalla 20 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Azərbaycanlı futbolçuların komandası keçirdiyi 12 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: