Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün İsveçrə çempionatının 1-ci turundan təxirə salınmış oyunda “Lutsern”lə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə qarşılaşıb. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 1:1. 32-ci dəqiqədə qapısından qol buraxan futbolçumuzun komandası cəmi 6 dəqiqə sonra bunun əvəzini çıxsa da, bundan artığına gücü çatmayıb.
Renat Dadaşov bu görüşə start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 38-ci dəqiqədə millimizin hücumçusu vurub.
“Qrasshopper” hazırda 8 xalla 10 kollektiv arasında 2-ci pillədə qərarlaşıb. Bu komanda “Yanq Boyz” və “Servett”lə birgə zirvəyə şərikdir.