Renato Qauşo: “Oyunçularım təlimatlarımı icra etdilər”

“Fluminense”nin baş məşqçisi Renato Qauşo 2025-ci il FIFA Klub Dünya Kubokunun “İnter”lə 1/8 final oyununu (2:0) şərh edib.

Arena.az AP dərgisinə istinadən, 62 yaşlı braziliyalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Mənim oyunçularım mənim təlimatlarımı yerinə yetirdilər. Biz təvazökar idik və top rəqibdə ikən ona hörmətlə yanaşmağı bacarırdıq. Mən oyunçularıma dedim: “Sizə inanıram”. Mən onlara bunu dünən demişdim, bu gün isə yenə təkrarladım: “Mən buna inanıram”, deyə Qauşo məmnunluqla vurğulayıb.

Beləliklə İtaliya nəhəngi “İnter” klublararası dünya çempionatı ilə vidalaşıb. 1/4 finala vəsiqə qazanmış “Fluminense” isə bu mərhələdə Səudiyyə Ərəbistanı nəhəngi “Əl-Hilal”la qarşılaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: