Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024-cü il mövsümünün 1/8 final mərhələsinin qarşılaşmalarına start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Soşo” doğma meydanda “Renn”lə qarşılaşıb. Səfərdə 6 qolla qalib gələn Liqa 1 təmsilçisi ilk 1/4 finalçı olub.
Fransa Kubokunda 1/8 final mərhələsinin qalan görüşləri 7-8 fevralda keçiriləcək.
Fransa Kuboku
1/8 final
6 fevral
Soşo – Renn 1:6
Qollar: Viltar, 65-pen – Quiri, 24; 47. Salah, 29. Kalimuendo, 35; 41. Buriqe, 81.
7 fevral
21:30. Olimpik (Lion) – Lill
23:30. Le Pyui – Laval
23:30. Monpelye – Nitsa
23:30. Sen Priest – Valansyen
23:30. Strasburq – Havr
00:10. PSJ – Brest
8 fevral
23:45. Ruan – Monako


