Fransanın “Renn” klubu baş məşqçisi Julyen Stefanı istefaya göndərib.
Arena.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb.
Onun yerinə bu vəzifəni müvəqqəti olaraq köməkçisi Filipp Bizel yerinə yetirəcəyi diqqətə çatdırılıb.
Stefan 2012-ci ildən “Renn”də işləyirdi. 40 yaşlı mütəxəssis 2018-ci ildən əsas komandanın baş məşqçisi idi. “Renn” Stefanın rəhbərliyi altında ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
“Renn” bu mövsüm Liqa 1-də 26 oyuna topladığı 36 xalla 9-cu pillədə qərarlaşıb.