Fransanın “Renn” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Lill”dən ayrılan portuqaliyalı yarımmüdafiəçi Şekanı heyətinə cəlb edib.
Bu barədə “Renn”in rəsmi saytı məlumat yayıb. Azad agent statusu daşıyan futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Tam adı Migel Angel da Silva Roşa olan “Şeka” ləqəbli yarımmüdafiəçi “Braqa”nın yetirməsidir. Portuqaliyalı futbolçu öz ölkəsində “Kovilya”nın da formasını geyinib. 2017-ci ildə “Lill”ə transfer olan yarımmüdafiəçi, Fransada “Dijon”un da uğurları üçün çalışıb. O, bu yay azad agent kimi ayrıldığı “Lill”də 144 oyun keçirib, 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.