“Reyms” klubunda yeni baş məşqçi

Fransanın “Reyms” klubunda yeni baş məşqçi təyinatı gerçəkləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Oskar Qarsiya çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspan mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Oskar Qarsiya daha əvvəl İspaniyada “Selta”, İsraildə “Makkabi” (Təl-Əviv), İngiltərədə “Uotford”, Fransada “Sent-Etyen”, Yunanıstanda “Olimpiakos” kimi klublara rəhbərlik edib.