Afrika Millətlər Kubokunda uğur qazana bilməyən Kamerun milli komandasında baş məşqçi Riqober Sonq istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə Kamerun Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
47 yaşlı kamerunlu mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona gələcək karyerasında uğurlar arzulanıb.
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o Sonqun millidən ayrılmasına belə şərh verib: “Riqober bu komandaya çox böyük töhfə verdi. Məqsədlərimizə nail ola bilmədik. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, Kamerun futbolunun əfsanələrindən olan Riqober Sonq 2022-ci ilin mart ayından milliyə rəhbərlik edirdi. Milli komanda onun rəhbərliyi altında 23 oyun keçirib və 6 qələbə qazanıb, 9 məğlubiyyətə üzülüb. 8 oyunda isə heç-heçə qeydə alınıb.