Ris Ceyms “Çelsi” ilə yeni müqavilə bağladı

İngiltərənin “Çelsi” klubu müdafiəçisi Ris Ceyms ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

23 yaşlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilədək nəzərdə tutulub. Onun əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.

“Çelsi”nin yetirməsi olan Ris Ceyms İngiltərə millisinin də formasını geyinir. O, millidə 13 oyun keçirib. Yalnız 2018/19 mövsümündə “Uiqan”da icarədə olmuş futbolçu, bu komandada 46 oyuna 3 qol vurub. Sağ cinah müdafiəçisi “zadəganlar”ın heyətində isə 128 matçda 10 dəfə fərqlənib.