Braziliya futbolunun əfsanəsi, keçmiş futbolçu Rivaldo “selesao”nun DÇ-2026-nın seçmə mərhələsindəki çıxışını tənqid edib.
Arena.az AS dərgisinə istinadən, Rivaldonun bu barədə fikrini təqdim edir:
“Braziliya millisi çox pis futbol oynayır. Milli komanda çox mürəkkəb və çətin dövrlərdən keçir. Bu, kədərlidir və insanları qəzəbləndirir. Braziliya millisinin səviyyəcə xeyli aşağı olan Paraqvay yığmasına məğlubiyyəti məyusedicidir. Paraqvay yığması bütün bu seçmə mərhələ oyunlarında ikinci qolunu vuraraq Braziliya millisini məğlub etdi. Onlar irəliyə doğru hərəkət etməli və indi yalnız Çili yığmasını düşünməlidirlər. Çünki Çili yığması ilə oyunda məğlubiyyət vəziyyəti xeyli çətinləşdirəcək”, deyə Rivaldo təşvişini büruzə verməkdən çəkinməyib.
8 turdan sonra Braziliya millisi DÇ-2026-nın CONMEBOL bölgəsinin seçmə mərhələsinin yarış cədvəlində 10 xalla 5-ci pillədə qərarlaşıb. Bu isə 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatında iştiraka birbaşa vəsiqəni təmin edir.


