“Rizəspor” Brian Dabonu heyətinə qatdı

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Burkina Faso yığmasının yarımmüdafiəçisi Brian Dabonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.

Fransada dünyaya gələn, bu ölkənin də vətəndaşlığını daşıyan Brian Dabo, peşəkar karyerasına “Monpelye”də başlayıb. Sonralar “Sent-Etyen”, “Fiorentina”, SPAL klublarında forma geyinmiş futbolçu, geridə qalan mövsümü “Benevento”da keçirib.

Burkina Faso yığmasında 10 oyuna çıxmış futbolçu, 1 qol da vurub.