“Rizəspor” finlandiyalı hücumçu ilə gücləndi

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi Almaniyanın “Bayer” klubunun hücumçusu Joel Pohyanpalonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu bu mövsümün sonuna qədər icarəyə götürülüb.

Joel Pohyanpalo 2013-cü ildən “Bayer”də çıxış edir. Lakin o, daha öncə “Aalen”, “Fortuna” (Düsseldorf), “Hamburq” və “Union Berlin” klublarında da icarədə oynayıb. Forvard ölkəsində “Klubi-04” və HJK klublarının da uğurları üçün çalışıb. Finlandiya yığmasının da üzvü olan futbolçu, millidə 45 matça çıxıb, 10 qol vurub.

Yeri gəlmişkən, “Bayer” qapıçısı Lennart Qrilli də Norveçin “Brann” klubuna icarəyə verib. 22 yaşlı almaniyalı qolkiper də mövsümün sonuna qədər icarədə çıxış edəcək. 2020-ci ildən “Bayer”də çıxış edən futbolçu, bu komandada 4 matça çıxıb. Almaniyanın U-21 yığmasının sabiq üzvü, daha öncə yetirməsi olduğu “Kayzerslautern”in uğurları üçün çalışıb.