“Rizəspor” yeni hücumçu transfer etdi

Türkiyənin “Rizəspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Arena.az xəbər verir ki, “Balıkəsirspor”un gənc hücumçusu Celal Emir Dede bundan sonra Super Liqa təmsilçisinin uğurları üçün çalışacaq.

Bu barədə Rizə klubunun rəsmi saytı məlumat yayıb. 20 yaşlı hücumçu futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. O, yeni komandasında “71” nömrəli formanı geyinəcək.

Celal Emir Dede “Balıkəsirspor”un öz yetirməsidir. O, 2019-cu ildən klubun əsas komandasında forma geyinirdi.