Robert Levandovski aztəminatlı ailələr üçün futbol məktəbi açacaq

“Barselona”nın polyak hücumçusu Robert Levandovski futbolçu karyerasını bitirdikdən sonra məşğul olacağı işlərdən biri haqda məlumat verib.

Arena.az “Sports.es” dərgisinə istinadən məlumat verir ki, Levandovski təqaüdə çıxdırdan sonra Polşada aztəminatlı ailələr üçün Yohan Kroyfun nümunəsi əsasında uşaq futbol məktəbi açmağı planlaşdırır.

Levandovski “Barselona”ya 2022-ci ilin iyulunda 45 milyon avro müqabilində “Bayern”dən keçib. Tərəflər arasında müqavilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə polyak hücumçu “Barselona”nın heyətində bütün yarışlarda 31 oyunda 14 qol vurub və 6 məhsuldar ötürmə müəllifi olub.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 146 oyun keçirib, 82 qol vurub, 31 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 35 yaşlı polyak mərkəz hücumçusu Robert Levandovskinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: