“Çelsi”nin ispan qapıçısı Robert Sançes “zadəganlar”ın heyətində özünü necə hiss etməsindən və oyunundan danışıb.
Arena.az 26 yaşlı qolkiperin bu barədə fikrini təqdim edir:
“Mən nə edə biləcəyimi bilirəm, nə qədər yaxşı ola biləcəyimə bələdəm, xüsusən də bu komanda ilə, bu oyunçularla, bu məşqçi ilə. Biz qalib gələ bilərik və mən bu klubla uğur qazanmaq istəyirəm. Özümü əla hiss edirəm, həmişəkindən daha yaxşı”.
Xatırladaq ki, Robert Sançes İngiltərənin “Brayton” klubunun yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb. 26 yaşlı qolkiper Premyer Liqa təmsilçisində bütövlükdə 90 matça çıxıb, 102 qol buraxıb, 29 “quru” matç keçirib. Qapıçı “Roçdeyl” və “Forest Qrin Rovers” klublarında icarədə də olub.
“Çelsi” Sançesi 2023-cü ilin avqust ayında 23 milyon avro müqabilində heyətinə qatıb. Onun London klubu ilə 2030-cu ilin 30 iyununa qədər müqaviləsi var. Robert “zadəganlar”ın heyətində indiyə qədər 26 oyuna çıxıb, 35 qol buraxıb, 7 oyunda qapısını toxunulmaz saxlayıb.
Robert Sançes 2021-ci il sentyabr ayında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, qapısını “quru” saxlamağı bacarıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı qapıçının transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.