Roberto Martines Çexiya yığması ilə qarşıdakı oyundan danışdı

Poruqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsinin 1-ci turunda Çexiya millisi ilə qarışıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Düşünürəm ki, Çexiya yığmasının oyun tərzi çox aydındır. Bu, qol vurmaq istəyən oyunçularla risk etməyi, təpki göstərməyi ehtiva edir.

Onlar qalib gəlmək üçün oynayırlar və bu, bitərəf azarkeşlər üçün fantastik mübarizə olacaq.

Təsnifat göstərdi ki, qrupumuz çox yaxşı köklənməyə və qüvvətli qarşılığa malikdir. Biz burada ən yaxşı səviyyəmizi nümayiş etdirməliyik”, deyə Roberto Martines vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının “F” qrupunda yer almış Portuqaliya və Çexiya yığmalarının oyunu bu gün, iyunun 18-də Leypsiqin “Red Bull Arena” stadionunda keçiriləcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: