Robin van Persi rəsmən “Feyenoord”da!

Niderlandlı mütəxəssis Robin van Persi Niderland futbolunun nəhənglərindən biri olan “Feyenoord”un baş məşqçisi təyin edilib.

Arena.az bu barədə “Feyenoord”un rəsmi saytına istinadən məlumat verir.

Xəbərdə bildirilir ki, sözügedən komandanı bundan sonra 41 yaşlı mütəxəssis çalışdıracaq. Rotterdam klubu Van Persi ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvdə olacaq müqavilə imzalayıb.

“Geniş beynəlxalq təcrübəyə malik olmaqla, Robin, güman ki, oyunçuların gələcək tərəqqisinə yardımçı ola bilər. Bundan əlavə, onun futbol baxışı bizim “Feyenoord”da nəzərdə tutduğumuza mükəmməlcəsinə müvafiqir: hücum futbolu və cəsurluq, fəal mübarizə ilə ahəngdə təşkilatlanmış futbol.

Ona, bu baxışı bir məşqçi kimi gerçəkləşdirməsində kömək etmək üçün biz Rene Hakenin (Rene Hake, niderlandlı futbol məşqçisi – redaktorun qeydi) simasında çox təcrübəli bir köməkçini də tapmışıq ki, bu da texniki heyəti dərhal təsiri ilə gücləndirəcək” – “Feyenoord”un baş direktoru Dennis te Kloze bildirib.

Xatırladaq ki, Robin van Persi buna qədər yalnız “Herenven”i (2024-2025-ci illər) müstəqil surtədə çalşdırıb. Göründüyü kimi, “Feyenoord” niderlanlı mütəxəssin məşqçilik karyerasında müstəqil baş məşqçi olaraq ilk nəhəng layihədir.

Əlavə edək ki, Van Persi 2020-2024-cü illərdə “Feyenoord”un məşqçilərindən biri kimi Rotterdam klubunda iş təcrübəsinə malikdir. Bu müddətdə Van Persi Niderland çempionluğunu (2022/2023) da bayram etməyə macal tapıb.

“Feyenoord” Niderland çempionatının cari mövsümündə üçüncü yerdə qərarlaşıb. Komanda 23 turda 43 xal toplayıb.

Rotterdam komandası UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İtaliya nəhəngi “İnter”lə mübarizə aparacaq.

Xəbəri istədiklərinizlə paylaşın