Robinyo həbsxanada yeni bir peşə öyrənir

Braziliya millisinin sabiq məşhur hücumçusu Robinyo dəstə halında zorlama işi üzrə məhkum edildiyi həbsxanada yeni peşə öyrənir.

Arena.az bu barədə “Marca” nəşrinin “The Sun” nəşrinə istinadı əsasında məlumat verir.

Robinyo hazırda elektronikanın əsasları üzrə 600 saatlıq kurs keçir.

Mənbənin məlumatına görə, bu kurs məhkumlara azadlığa çıxdıqdan sonra həyatda onlara kömək edə biləcək yeni bacarıqların öyrədilməsinə yönəlmiş islah proqramının bir hissəsidir. Robinyonun bu kursu bitirməsi nəticəsində televizor, radio və digər məişət cihazlarını təmir edə biləcəyi vurğulanır.
Ötənlərin məşhur ulduzunun vəkili bu barədə öz fikirini bildirib:

“Onun bunu bəyənib-bəyənmədiyini söyləmək çətindir, amma bu, vaxt keçirməyə kömək edir”, deyə vəkil bildirib.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, futbolçu və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir edib və müştərək zorlayıblar.

Daha əvvəl Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs vermişdi. Məhz bu qərardan sonra Robinyo Braziliyanın hüquq-mühafizə orqanları tərəfindən həbsə alınmışdı.

Vurğulayaq ki, Robinyonun özü bu işdə özünü təqsirli bilmir. Ötənlərin məşhur ulduzu günahsızlığını sübuta yetirmək üçün əlində sübutlar olduğunu bildirib.