Braziliya millisinin keçmiş futbolçusu, məşhur Robinyo zorlama işinə görə həbs cəzasını Braziliyada çəkəcək.
Arena.az bu barədə “CNN Brasil” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Ali Ədalət Məhkəməsi İtaliya məhkəməsinin Robinyoya qarşı çıxardığı hökmün Braziliyaya köçürülməsi ilə təsdiqlənməsinə səs verib. Vurğulanır ki, xarici hökmün ratifikasiyası haqqında vəsatət bütün hüquqi və prosessual tələblərə cavab verib.
İtaliyanın cəza hökmünün təsdiqlənməsi tələbi haqda sorğu, Braziliyanın xaricdə cəza çəkmək üçün öz vətəndaşlarını ekstradisiya etmədiyindən edilib.
Qərardan şikayət Robinyonun müdafiəsi tərəfindən məhkəmənin özündə və Federal Ali Məhkəmədə verilə bilər.
Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, Robinyo və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir ediblər. Hazırda Robinyo ekstradisiyasının mümkünsüzlüyünə görə Braziliyada azadlıqdadır.
Vurğulayaq ki, Robinyonun özü bu işdə özünü təqsirli bilmir və günahsızlığını sübuta yetirmək üçün əlində sübutlar olduğunu bildirib.