Robinyo zorlamaya görə həbs almasına münasibət bildirdi

Braziliya millisinin məşhur sabiq futbolçusu Robinyo İtaliyada zorlamaya görə həbs cəzasına məhkum edilməsinə münasibət bildirib.

Arena.az “Record TV”-yə istinadən, Robinyonun bu barədə fikirlərini təqdim edir:

“Mən baş verməmiş bir hadisəyə görə İtaliyada ədalətsiz olaraq məhkum edildim və bunu sübut etmək üçün bütün sübutlarım var. Dörd il İtaliyada oynadım və irqçilik əhvvalatlarına şahidlikdən yoruldum. Təəssüf ki, bu, bu gün də mövcuddur. 2013-cü ildə baş vermiş və 2024-cü ildə baş verən hadisələr onu deməyə əsas verir ki, irqçiliyə qarşı heç nə etməyənlərlə məni məhkəmədə qınayanlar eyni adamlardır. Əgər bu məhkəmə ağdərili bir adam üzərində olsaydı, şübhəsiz ki, tamamilə fərqli nəticələnərdi”, deyə braziliyalı veteran futbolçu bildirib.

Xatırladaq ki, Robinyo 2017-ci ildə “Milan”da oynadığı vaxt, 2013-cü ildə Milanın gecə klublarının birində zorlamaya görə 9 il həbs cəzasına məhkum edilmişdi. İtaliya məhkəməsinə görə, Robinyo və onun dörd dostu, həmin gün ad gününü qeyd edən gənc alban qadını təhqir ediblər. Hazırda Robinyo ekstradisiyasının mümkünsüzlüyünə görə Braziliyada azadlıqdadır.

Bir müddət əvvəl Braziliya millisinin daha bir sabiq futbolçusu, müdafiçi Daniel Alves Barselonanın gecə klublarının birində bir qadının zorladığına görə 4,5 müddətinə həbs cəzasına məhkum edilmişdi. Robinyodan fərqli olaraq, Dani Alves cəzasını Barselona həbsxanasında çəkir.

Sonda onu da qeyd edək ki, hazırda 40 yaşı olan Robinyo vaxtilə “Milan”dan başqa “Santos”, “Real”, “Mançester Siti”, “Atletiko Mineyro”, “Sivasspor”, “Başakşəhər” kimi klublarda da forma geyinib. O, Braziliya millisində 100 oyun keçirib, 28 qol vurub.