Futbolçu ikən “Benfika”da Ruben Amorimlə birlikdə oynamış portuqal mərkəz müdafiəçisi Roderik Miranda portuqal mütəxəssis haqda söhbət açıb.
Arena.az “Flashscore” dərgsinə istinadən məlumat verir ki, Miranda “Mançester Yunayted”in hazırkı çalışdırıcısının məşqçiliyə baş vurmasına münasibətini açıqlayıb:
“Mən heç vaxt düşünməzdim ki, o, məşqçi olacaq! Futbol bacarıqları və əqli baxımdan yox, çünki o, paltardəyişmə otağının təlxəyi idi.
O, çox şən adam idi və adamları güldürmək üçün həmişə nəsə bir hoqqa çıxarardı. Mən, onun məşqçiliyə başladığını eşidəndə, bir qədər təəccüblənmişdim. Birlikdə oynadığım bu oğlanın necə belə bir ciddi məşqçi olduğunu düşünmüşdüm.
Amma o, çox zəkalı oyunçu idi. O, müxtəlif mövqelərdə oynamağı bacarırdı. Ola bilsin ki, məhz buna görə də o, parlaq məşqçidir, çünki oyunu gözəl anlamaq qabiliyyətinə malikdir”, deyə Miranda vurğulayıb.
Xatırladaq ki, Mikanda və Amorim “Benfika”da 2010-2013-cü illərdə birlikdə çıxış ediblər. Hazırda 40 yaşlı Ruben Amorim “Mançester Yunayted”i çalışdırır, 34 yaşlı Roderik Miranda isə “Melburn”da hələ də top qovur.