Rodri “Mançester Sitidə”ki böhran vəziyyətini kritik adlandırdı

“Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri “şəhərlilər”in düşərgəsindəki böhran vəziyyətini kritik adlandırıb.

Arena.az AS dərgisinə istinadən, ispan futbolçunun bu barədə fikrini təqdim edir:

“Hər şey tədricən yaxşılaşmalıdır. Deyərdim ki, biz kritik vəziyyətdəyik. Qələbə qazanmağa çalışmalıyıq. Ancaq təlaşa da düşməməliyik”, deyə Rodri vurğulayıb.

Vurğulayaq ki, “şəhərlilər” bütün yarışlar çərçivəsində son 14 oyunda cəmi 2 qələbə qazanıblar. Bir qayda olaraq “Mançester Siti” ya uduzub, ya da heç-heçə ilə kifayətlənib.

19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

İngiltərə Premyer Liqasına 18 oyundan 45 xalla “Liverpul” başçılıq edir.

Daha əvvəl, “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiola “Mançester Siti”nin cari mövsüm İngiltərə Premyer Liqasında çempionluq imkanının olmadığını bildirmiş, komanasının ilk dördlükdə yer alması üçün çalışacağını vurğulamışdı.

Xəbəri istədiklərinizlə paylaşın