Rodri və Karragerdən Ştefan Orteqaya tərif

“Mançester Siti”nin və İspaniya yığmasının 27 yaşlı yarımmüdafiəçisi Rodri “Tottenhem”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki o, həm 2:0 hesabı ilə “şəhərlilər”in xeyrinə başa çatmış oyun haqda danışıb, həm də komandanın alman qapıçısı Stefan Orteqanın oyuna verdiyi töhfə ilə bağlı fikirlərini paylaşıb.

İspan futbolçunun bu barədə fikirlərini təqdim edirik:

“İnanılmaz idi, xislətimizi qeyd edəcəyəm. Bilirik ki, bu, bizim ən yaxşı oyunumuz deyildi, amma əvəzetmələrdən danışmamaq olmaz. Orteqa sadəcə inanılmazdır, biz isə dünyanın ən yaxşı qapıçısına sahibik. Biz, hər şeyin hələ bitmədiyini bilirik. Bizimlə olacaq insanlara ehtiyacımız var”, deyə Rodri vurğulayıb.

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karrager də İngiltərə Premyer Liqasının 34-cü turunun “Tottenhem”lə təxirə salınmış oyununda (2:0) “Mançester Siti”nin 31 yaşlı alman qapıçısı Ştefan Orteqanın oyununda danışıb:

“Hesab 1:0 olarkən Orteqa oyunu xilas etməsəydi, “Arsenal” çempion olacaqdı. Bax bu, belə yaxındır. “Arsenal” azarkeşləri Son Hın Minin həmin anını beş, on, on beş ildən sonra xatırlayacaqlar. Qarşıdakı illərdə qənimət qazansalar belə, bu an hələ də onları təqib edəcək”, deyə Karrager vurğulayıb.

Xatırladaq ki, Ştefan Orteqa onunla təkbətək çıxmış, “mahmızlar”ın koreyalı hücumçusu Son Hın Minin zərbəsini dəf edərək, “Mançester Siti”ni aşkar qoldan xilas etmişdi.

Orteqa 2022-ci ilin iyul ayından “Mançester Siti”dədir. 31 yaşlı qolkiper “şəhərlilər”in heyətində 32 oyuna çıxıb, 24 qol buraxıb, 17 oyunda qapısını toxunulmaz saxlayıb.