Rodriqo Lionel Messi ilə münaqişəsinə dair açıqlama verdi

“Real”ın sağ vingeri Rodriqo “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi ilə münaqişə haqda sualı cavablayıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, Rodriqo Messi ilə arasında 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 6-cı turunun Braziliya və Argentina milliləri arasında keçirilmiş oyunu (0:1) ərəfəsində münaqişə düşmüşdü. Mətbuatın əldə etdiyi məlumata görə, argentinalı ulduz təxribatçı davranışı ilə Rodriqonun səbr kasasını daşdırmışdı.

“Messi ilə münaqişə? Mən bu haqda danışa bilmərəm, “Real” buna icazə vermir”, deyə Rodriqo məsələ ilə bağlı məlumat verib.

Rodriqo “Santos”un yetirməsidir. Braziliyalı vinger “Real”a 2019-cu ilin iyulunda 45 milyon avro qarşılığında elə, “Santos”dan keçib. Tərəflər müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Braziliyalı ulduzun müqaviləsindəki təzminat məbləği 1 milyard avrodur.

Rodriqo “Real”da çıxış etdiyi müddətdə 184 oyuna çıxıb, 45 qol vurub, 37 məhsuldar ötürmə verib. Braziliyalı vinger cari mövsümdə 19 oyuna 8 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib.

Braziliyalı vinger “Kral klubu” ilə İspaniya La Liqasının (2019/2020, 2021/2022), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022), Çempionlar Liqasının (2021/2022), UEFA Super Kubokunun (2022/2023), FIFA Klub Dünya Kubokunun (2023) qalibi olub.

Rodriqo Qoes 2019-cu ilin noyabrında debüt etdiyi Braziliya millisində 20 oyuna 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 22 yaşlı Rodriqonu 100 milyon avro məbləğində qiymətləndirir.