Portuqaliyanın “Braqa” klubunun sağ cinah müdafəçisi Rodriqo Qomes bundan sonra “Vulverhempton”un formasını geyinəcək.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
20 yaşlı portuqal futbolçunun transferi Premyer Liqa təmsilçisinə 15 milyon avroya başa gəlib. Gənc müdafiəçi ilə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Rodriqo Qomes “Braqa”nın yetirməsidir. Geridə qalmış 2023/2024 mövsümündə o, “Eştoril”də icarədə olub və 36 oyuna 9 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb. “Braqa”da isə müdafiəçi 51 oyun keçirib, 2 qol, 2 assist müəllifi olub.
Hazırda Portuqaliyanın U-21 yığmasında çıxış edən Rodriqo, daha öncə U-20, U-19, U-18, U-17 və U-16-da da forma geyinib.
“Transfermarkt” internet-portalı 20 yaşlı müdafiəçinin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.