“Roma” Andrea Belotti ilə müqaviləni yenilədi

A Seriyasında mübarizə aparan “Roma” İtaliya millisinin də üzvü olan hücumçusu Andrea Belotti ilə yeni müqavilə imzalayıb.

Arena.az bu barədə paytaxt klubunun mətbuat xidmətinə istinadən məlumat verir:

“Bu, heyrətamiz hissdir. Məni Romanın və komandamızın miqyası heyran edir. “Roma”nın bir hissəsi olduğum üçün çox ifitxar duyuram. Müqaviləmin müddətinin uzadılmasını burada bir il əvvəl başladığım yolun məntiqi davamı hesab edirəm”, deyə Belotti romalılarla əməkdaşlığın uzadılmasını şərh edib.

Belottinin “Roma” ilə yeni müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Xatırladaq ki, Andrea Belotti 2022-ci ilin avqustunda “Torino”dan azad agent kimi ayrılaraq “canavarlar”la müqavilə bağlamışdı. O, 2022/2023 mövsümündə “Roma”nın heyətində 46 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

29 yaşlı forvard daha öncə “Torino” (251 oyun, 113 qol, 28 assist), “Palermo” (64 oyun, 16 qol, 7 assist) və “Albinoleffe” (39 oyun, 14 qol) kimi klublarda da forma geyinib. O, İtaliya milli komandasında 44 oyun keçirib, 12 qol vurub.

“Transfermarkt” internet-portalı Andrea Belottini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: