“Roma” ciddi itki ilə üzləşdi

İtaliyanın “Roma” klubu ciddi itki ilə üzləşib.

Arena.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi Cordan Veretu zədələnib.

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə, fransız futbolçunun əzələ problemi yaşadığı və aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Veretu bu mövsüm “Roma”nın heyətində 30 matça çıxıb və 11 qola imza atıb.