“Roma” “canavarlar”ın əfsanəvi keçmiş oyunçusu, italyan mütəxəssis Daniele De Rossini komandanın baş məqşçisi vəzifəsindən azad edib.
Arena.az məlumat verir ki, De Rossinin istefası haqda “Roma”nın rəsmi saytında dərc edilmiş bəyanat aydın gündə şimşək kimi çaxıb:
“Roma” Daniele De Rossini əsas komandanın baş məşqçisi vəzifəsindən azad etdiyini açıqlayır. Klubun qərarı komandanın maraqlarına müvafiq olaraq, mövsümün hələ başlanğıcında olduğu bir vaxtda, istədiyi yolu tez bir zamanda davam etdirə bilməsi üçün verilib. Danieleyə bu aylarda şövq və fədakarlıqla gördüyü işlərə görə təşəkkür edirik”, – “canavarlar”ın rəsmi açıqlamasında deyilir.
“Roma” 2024/2025-ci illər mövsümündə İtaliya A Seriyasının yarış cədvəlində 16-cı yerdə qərarlaşıb. De Rossinin “canavarlar”ı 4 oyundan 3 xal toplayıblar.
Xatırladaq ki, Daniele De Rossi “canavarlar”ın sükanı arxasında cari ilin yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi.
41 yaşlı italyan mütəxəssisin paytaxt təmsilçisi ilkin müqaviləsi ötən mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulmuşdu. De Rossi özünü doğruldunca isə “Roma” əməkdaşlığını davam etdirməyə qərar vermişdi.
Ötən mövsüm De Rossi Mourinyonun başladığı işi layiqincə davam etdirirdi. Amma yeni mövsümün başlaması ilə “canavarlar” uğursuzluq zolağına giriblər.
De Rossinin “Roma”nın sükanı arxasında fəaliyyəti 30 oyun, 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətdən ibarətdir. “Canvarlar”ın top fərqi isə 50:35 nisbətindədir.
De Rossinin məşqçilik yoluna qısaca nəzər salsaq, 2021-ci ilin martında Daniele De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.
Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.
“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar


