İtaliyanın “Roma” klubu gənc hücumçusu Feliks Afena-Qyan ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Tərəflər 4 illik yeni sözləşmə imzalayıblar. Müqaviləyə əsasən qanalı futbolçu ən azı 2026-cı ilə qədər “canavarlar”ın uğurları üçün çalışmağa davam edəcək. Dəqiq rəqəmlər açıqlanmasa da, 19 yaşlı hücumçunun məvacibinin də artırıldığı bildirilir.
Feliks Afena-Qyan “Roma”ya 2021-ci ilin əvvəlində cəlb olunub. Əvəzedici komandadakı uğurlu çıxışı sayəsində ötən mövsüm əsas komandanın baş məşqçisi Joze Mourinyonun da diqqətini çəkib. Gənc forvard “Roma”nın əsas komandasında indiyə qədər 22 oyuna çıxıb, 2 qol vurub. Feliks Qananın əsas milli komandasında da 6 oyunda 1 qolla yadda qalıb.


