“Roma” İvan Yuriçi istefaya göndərdi

“Roma” xorvat mütəxəssis İvan Yuriçi “canavarlar”ın uğursuz nəticələrinə görə komandanın baş məşqçisi vəzifəsindən azad edib.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Klub rəhbərliyinin səbr kasası “canavarlar”ın İtaliya A Seriyasının 12-ci turunda “Olimpiko”da “Bolonya” ilə oyunda 2:3 hesablı məğlubiyyətindən sonra daşıb.

“İvan Yuriçə son bir neçə həftə ərzində göstərdiyi zəhmətə görə təşəkkür etmək istərdik.

O, çətin şəraitdə son dərəcə peşəkarlıqla fəaliyyət göstərdi və buna görə də ona minnətdarıq. Ona gələcək fəaliyyətində uğurlar diləyirik.

Artıq yeni baş məşqçi axtarışlarına başlanılıb və biz bunu yaxın günlərdə açıqlayacağıq”, – “canavarlar”ın rəsmi bəyanatında deyilir.

Xatırladaq ki, “Roma” cari ilin sentyabrında italyan mütəxəssis Daniel De Rossini istefaya göndərdikdən sonra, “canavarlar”ın sükanını İvan Yuriçə etibar etmişdi.

49 yaşlı Yuriç bu komandanı 12 oyuna çıxarıb, 4 qələbə, 3 heç-heçə, 5 məğlubiyyət yaşayıb. “Canavarlar”ın top fərqi isə 15:17 nidbətindədir.

12 turdan sonra “Roma” 13 xalla İtaliya A Seriyasının yarış cədvəlində 12-ci sırada qərarlaşıb. Mövsümə iddialı başlamış “canavarlar” indi autsayderlər bölgəsindən 4 xal ayırır.

Xəbəri sosial şəbəkələrdə paylaş: