İtaliyanın “Roma” klubunun braziliyalı müdafiəçi Rojer İbanyes Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına keçib.
Arena.az bu barədə sözügedən klubların yaydığı məlumata əsasən xəbər verir.
“Əl-Əhli” İbanyes üçün İtaliya klubuna bonuslar istisna olmaqla 28,5 milyon avro ödəyib. 24 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqavilə imza atıb.
Xatırladaq ki, Ərəbistan klubu buna qədər Avropadan daha bir neçə tanınmış futbolçu ilə müqavilə imzalamışdı: Riyad Mahrez, Roberto Firmino, Eduard Mendi və Allan Sen-Maksimen.
Rojer İbanyes dörd mövsüm idi ki “Roma”nın uğurları üçün çalışırdı. “Canavarlar” braziliyalı futbolçunu “Atalanta”dan 9 milyon avro müqabilində transfer etmişdilər. İbanyes “Roma”nın heyətində 149 oyuna çıxıb, 9 qol vurub, 2 məhsudar ötürmə verib. O, 2021/2022 mövsümündə “Roma” ilə Avropa Konfrans Liqasının qalibi olub.
Rojer İbanyes 2022-ci ilin sentyabr ayında debüt etdiyi Braziliya yığmasında iki yoldaşlıq oyununda iştirak edib.
Xatırladaq ki, İbanyes universallığı ilə seçilir. Əsas mövqeyinin mərkəz müdafiəçisi olması ilə yanaşı, müdafiənin sağ və sol cinahlarında, həmçinin yarımmüdafiənin dayağında və cinahlarında oynaya bilir.