Roma Papası “Roma”nın azarkeşi olduğunu təkzib etdi

“Napoli” ölkə çempionluğunun qeydi tədbiri çərçivəsində bütün klub və komanda heyəti ilə Roma Papası XIV Levin rəsmi qəbulunda olub.

Arena.az bu barədə “Corriere dello Sport” nəşrinə istinadən məlumat verir.

“Napoli”nin prezidenti Aurelio De Laurentis Papa XIV Levə ruhaninin adı əks edilmiş klub köynəyini xatirə hədiyyəsi olaraq təqdim edib.

Xatırladaq ki, daha əvvəl İnternet şəbəkəsində papanın “İrəli, Roma!” çağırışını etdiyi video “Roma” klubunun azarkeşləri arasında məşhularaşmış, futbol ictimaiyyəti isə yeni papanın “canavarlar”a rəğbətini ifadə etdiyi qənaətinə gəlmişdi.

“Napoli” ilə görüşdə Papa XIV Lev zarafatla müvafiq şayiələri təkzib edib:

“Mətbuat iddia edir ki, mən “Roma”nın azarkeşiyəm. Nə etmək olar: mətbuat belə deyir, orada oxudqlarınızın heç də hamısı həqiqət deyil. Xoş gəlmisizniz! Çempionatda qələbəniz münasibətilə təbrik edirəm! Bu, Neapol üçün gözəl bayramdır”, deyə papa vurğulayıb.

Əlavə edək ki, öz çıxışında Papa XIV Lev uğura doğru yolda komanda işinin əhəmiyyətini vurğulayıb. O, futbolun ictimai əhəmiyyətini qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: