Bu gün, aprelin 21-i 2025-ci ildə, futbolun böyük pərəstişkarı olmuş Roma Papası Fransisk (əsl adı – Xorxe Mario Berqolyo) vəfat edib.
Arena.az xatırladır ki, Papa Fransisk Argentinanın “San Lorenso” klubunun azarkeşi idi.
Maraqlıdır ki, mərhum papa sevimli komandasının oyunlarına baxmazdı, belə ki, 1990-cı ildə televizordan ümumilkdə imtina etmişdi. Buna rəğmən, Papa Fransisk öz koməkçiləri vasitəsilə sevimli komandasının oyunlarının nəticələrini öyrənərdi.
Xatırladaq ki, 2025-ci ilin fevral ayında Roma Papası təkrar təzahürlə kəskinləşmiş bronxit səbəbilə xəstəxanaya təxliyə edilmişdi. Ardınca Papa Fransisk xəstəxanadan buraxılmış, ancaq əlil arabasına bağlanmalı olmuşdu. Aprelin 20-nə Pasxa münasibətilə Roma Papası insanlara müraciət ünvanlamış, onları ilahi bayram münasibətilə təbrik etmişdi. Növbəti gün isə Papa Fansisk özünün Vatikandakı iqamətgahında 88 yaşında vəfat edib.
Papa Fransisk Roma-katolik kilsəsinin ilk latınamerikan lideri olub. Papalıq məqamında Fransisk 12 il vəzifə daşıyıb və Roma-katolik kilsəsinin sayca 266-cı rəhbəri hesab edilirdi.
Papa Fransiskin vəfatı ilə əlaqədar İtaliya A Seriyasının aprel ayının 21-də keçirilməsi nəzərdə tutulmuş oyunları təxirə salınıb:
“Roma Papasının vəfatı ilə əlaqədar Peşəkar A Seriyası çempionatın bu günə təyin edilmiş görüşlərinin daha sonrakı tarixə təxirə salınmasını bəyan edir”, – İtaliya A Seriyasının rəsmi bəyanatında deyilir.
Xatırladaq ki, aprelin 21-də İtalya A Seriyasnını dörd oyunu baş tutmalı idi: “Torino” – “Udineze”, “Kalyari” – “Fiorentina”, “Cenoa” – “Latsio”, “Parma” – Yuventus”.
33 turdan sonra “İnter” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. Eyni miqdarda xal toplamış “Napoli” 2-ci pillədə qərarlaşıb. “Eşşəkciklər” “neradzurri”dən top fərqi üzrə geri qalırlar.