“Roma” Rik Karsdorp ilə yeni müqavilə bağladı

İtaliyanın “Roma” klubu müdafiəçisi Rik Karsdorp ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

Rik Karsdorp 2017-ci ildən “Roma”da çıxış edir. Müdafiəçi bu mövsüm A Seriyasında 23 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

Niderlanddan olan futbolçu ölkəsinin yığma komandasında 3 oyun keçirib.