“Roma” futbolçuları klub rəhbərliyinin Daniele De Rossinin komandanın baş məşqçisi vəzifəsindən istefası qərarını qəbul etməyiblər.
Arena.az bu barədə “Corriere dello Sport” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, italyan mütəxəssis “canavarlar”ın qeyri-qənaətbəxş nəticələri əsas gətirilərək, sentyabrın 18-də komandanın baş məşqçisi vəzifəsindən qovulmuşdu.
Mənbənin məlumatına görə, “Roma”nın futbolçuları – italyan yarımmüdafiəçi Lorentso Pelleqrini və müdafiəçi Canluka Mançini, De Rossinin qovulmasının səbəblərini öyrənmək üçün klub rəhbərliyi ilə görüşüblər.
Məsələdə “sualtı qayalar”ın olduğu vurğulanır. Bundan başqa, Pelleqrini və Mançini 41 yaşlı De Rossinin qovulmasından əvvəl, klub rəhbərliyinin bu məsələ ilə bağlı qənaətə gəlmək üçün onların deyil, bir neçə digər futbolçu ilə onların fikrini öyrənmək məqsədilə əlaqə saxlamasından narazı qalıblar. “Canavarlar”ın rəhbərliyindən bu məqsədlə zəng qəbul etmiş “futbolçular” arasında De Rossinin istefasını istəmədiklərini bildirmiş Paulo Dibala və Leandro Paredesin olduğu vurğulanır.
Xatırladaq ki, sentyabrın 18-də “Roma” Daniele De Rossini “canavarlar”ın sükanı arxasından istefaya göndərdiyi rəsmən açıqlanıb. Bu xəbər paytaxt təmsilçisinin azarkeşləri arasında böyük əks-səda doğurub.
De Rossi “canavarlar”ın sükanı arxasında cari ilin yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. De Rossinin “Roma”nın sükanı arxasında fəaliyyəti 30 oyun, 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyətdən ibarətdir. “Canvarlar”ın top fərqi isə 50:35 nisbətindədir.
De Rossinin məşqçilik yoluna qısaca nəzər salsaq, 2021-ci ilin martında Daniele De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.
De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.
“Roma” azarkeşləri De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.