Roman Pokora vəfat etdi – Azərbaycanda da işləmişdi

Vaxtilə Azərbaycanda da işləmiş ukraynalı məşqçi Roman Pokora vəfat edib.

Arena.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zaqatalanın “Simurq” klubunun sabiq baş məşqçisi 73 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Pokora 2006-2010-cu illər aralığında “Simurq”da baş məşqçi işləyib. O, 2008/09 mövsümündə Azərbaycan çempionatında bürünc medal qazanıb. Zaqatala təmsilçisi isə UEFA Kubokunda iştirak edib.