Roman Qriqorçuk “Şaxtyor”la ilkə imza atdı

Futbol üzrə Belarus Super Kubokunun qalibi məlum olub.

Arena.az xəbər verir ki, həlledici matçda Soliqorsk “Şaxtyor”u ilə BATE qarşılaşıb.

Əsas vaxtı 0:0 hesabıyla bitən qarşılaşmanın qalibini penaltilər seriyası müəyyənləşdirib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Şaxtyor” 5:4 hesabıyla qalib gəlib və Super Kuboku qazanıb. Soliqorsk təmsilçisi klub tarixində ilk dəfə Super Kuboku qazanıb.

Qeyd edək ki, “Şaxtyor”u “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçuk çalışdırır. O, 2020-ci ilin sentyabrından sözügedən komandaya rəhbərlik edir. Ukraynalı mütəxəssis 2014-2018-ci illər aralığında Azərbaycanda çalışıb.