“Roma” yazda “Krasnodar”ın qapıçısı və kapitanı Matvey Safonovla maraqlanaraq, yayda transfer istəyində olub.
Arena.az bu haqda vəziyyətlə tanış olan mənbənin “Çempionat”a verdiyi məlumata istinadən xəbər verir:
“İtaliya klubunun rəhbərliyi rusiyalı qapıçını yüksək qiymətləndirdi və “Krasnodar”la danışıqlara hazır idi. “Roma”nın amerikalı sahibləri məlum siyasi vəziyyətə görə danışıqlara qadağa qoydular”, deyə mənbə bildirir.
24 yaşlı Safonov ötən mövsüm “Krasnodar”ın heyətində 36 oyun keçirib, 52 qol “yeyib”, 11 oyunda qapısını “quru” saxlamağı bacarıb.
Safonov “Krasnodar”ın yetirməsidir və klubla müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı Matvey Safonovu 16 milyon avro məbləğində qiymətləndirir.


