“Roma”nın futbolçusu koronavirusa qalib gəldi

İtaliyanın “Roma” klubunun yarımmüdafiəçisi Nikolo Zaniolo koronavirusdan sağalıb.

Arena.az xəbər verir ki, İtaliya yığmasının da formasını geyinən futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Zaniolo sonuncu koronavirus testinin mənfi çıxdığını bildirib.

21 yaşlı yarımmüdafiəçinin yanvarında 19-da verdiyi koronavirus testinin nəticəsi müsbət çıxmışdı.