“Roma”nın sahibi Den Fridkin “Everton”a da sahib olmaq istəyir

“Roma”nın sahibi Den Fridkin İngiltərənin “Everton” klubunu almaqda maraqlı olan çoxsaylı iş adamlarından biridir.

Arena.az bu barədə BBC-yə istinadən məlumat verir.

Sərvəti 4,8 milyard funt-sterlinq dəyərində qiymətləndirilən amerikan iş adamı Den Fridkin “qənnadçılar”ın hazırkı sahibi Fərhad Moşirinin sahib olduğu klub səhmlərinin 94%-ni almaq üçün xüsusi müqavilə bağlamağa çalışır.

“Kristal Pelas”ın ortaq sahibi Con Tekstor da keçən ay “Everton”u almaqda maraqlı olduğunu açıqlamışdı. O, bu məqsədlə “qartallar”ın səhmlərinin 45%-ni satmağı planlaşdırdığını bildirib.

Moşiri sentyabr ayında “Everton”u Mayamidən olan “777 Partners” sərmayə firmasına satmağa razılaşıb, amma uzun danışıqlar mərhələsindən sonra alqı-satqı müqaviləsi mayın 31-də bağlanıb.

Xatırladaq ki, “Everton” İngiltərə Premyer Liqasının geridə qalmış 2023/2024-cü illər mövsümünü 40 xalla 15-ci pillədə bitirib.