Romelu Lukaku 300-ə çatdı

Futbol üzrə İtaliya A Seriyasının 22-ci turunun “Latsio” ilə oyunu “İnter”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, belçikalı futbolçu komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə dublla yadda qalıb.

Lukaku bununla da karyerası ərzində vurduğu qolların sayını 300-ə çatdırıb.

Lukaku “İnter”də indiyə qədər 56 qola imza atıb. O, daha öncə oynadığı “Everton”da 87, “Mançester Yunayted”də 42, “Anderlext”də 41, “Vest Bromviç”də 17 qol vurub. Təcrübəli forvard Belçika yığmasında da 57 qolla yadda qalıb.