Ronald Kuman: “İngilisləri mükəmməl oyunla məğlub etmək olar”

Niderland yığmasının baş məşqçisi Ronald Kuman AÇ-2024-ün yarımfinalında İngiltərə yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az “beIN Sports” dərgisinə istinadən, niderlandlı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Biz bilirik ki, bu iki komanda arasında fərq o qədər də böyük deyil. Bu, mənim fikrimcə, əlli-əlliyə imkandır, amma qalib gəlmək üçün bizə mükəmməl oyun gərəkdir. Onların, fərdi keyfiyyətlərə malik çoxlu oyunçuları olduğunu bilirik, amma hər iki komanda həqiqətən güclüdür. Yaxşı mübarizə gedəcək. İngiltərə yığması son oyununda (İsveçrə yığmasına qarşı – redaktorun qeydi) əlavə vaxt oynamalı oldu. Bəlkə də bu, oyunun son mərhələlərində əhəmiyyət kəsb edə bilər. Biz kəskin hücum edirik, diqqətcilik və onlara qarşı yaxşı oyunun intizarındayıq”, deyə Ronald Kuman vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün yarımfinal mərhələsinin Niderland – İngiltərə oyunu bu gün, iyulun 10-da Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.