Ronaldinyonun oğlu “Barselona”nın əsas heyəti ilə məşqə çıxdı

“Barselona”nın baş məşqçisi Xavi məşhur Ronaldinyonun oğlu Joao Mendesi “blauqrana”nın əsas komandası ilə məşqlərə cəlb etməyə başlayıb.

Arena.az bu barədə “Marca” nəşrinə istinadən məlumat verir.

İspaniya çempionatında fasilə zamanı Xavi gənclərdən ibarət komandalardan bir neçə futbolçunu, o cümlədən Joao Mendesi dəvət edib. Ronaldinyonun oğlu “Barselona”nın əsas komandasının məşqində iştirak edib.

19 yaşlı yarımmüdafiəçi 2023-cü ilin martından Kataloniya klubunun sistemində çıxış edir. Joao Mendes, sağ vinger və mərkəz hücumçusu kimi oynayır.

Joao Mendes karyerasına 2018-ci ildə başlayıb və 14 yaşında ilk peşəkar müqaviləsini imzalayıb. Braziliyalı futbolçu “Kruzeyro” ilə 2022-ci il mövsümünün sonuna qədər müqavilə bağlayıb, ardınca isə “Barselona”ya keçib.