“Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo “Mançester Siti”dəki oyun böhranını şərh edib və “şəhərlilər”in futbolçularına məsləhətlər verib.
Arena.az “Mirror” dərgisinə istinadən, portuqal ulduzun bu barədə qənaətini təqdim edir:
“Hər bir komandanın yaxşı və pis məqamları olur. İndi “Mançester Siti” üçün pis məqam yetişib. Amma onlar mütləq qayıdacaqlar. “Şəhərlilər”in futbolçularına məsləhət görərdim ki, məharətlərini meydanda daha çox çıxışları ilə göstərsinlər, mətbuatda isə zəvzəklik etməsinlər”, deyə Ronaldo vurğulayıb.
19 oyundan 31 xalla “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Əlavə edək ki, ispan mütəxəssis Xosep Qvardiolanın yetirmələri son 14 oyunda cəmi 2 qələbə qazanıblar.