Ronaldo meydana əlil arabasındakı qızcığazla çıxdı – Video

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo ötən gecə baş tutan İrlandiya ilə yoxlama oyununda atdığı addımla diqqət mərkəzinə düşüb.

Arena.az məlumat verir ki, Portuqaliya yığmasının İrlandiyamillisini 3:0 hesabıyla məğlub etdiyi oyun ərəfəsində təsirli anlar yaşanıb.

Belə ki, Portuqaliya yığmasının ulduzu Ronaldo komandaların meydana çıxışı zamanı əlil arabasındakı qızcığazı sürərək meydana çıxarıb və dövlət himnlərinin səslənməsi ilə müşayiət edilən ənənəvi düzülüşdə iştirak edib.

Daha sonra veteran futbolçu əlil qızcığazı öpüb. Körpənin üzündə sevinc duyğuları, təbəssüm əksini tapıb. Tribunlar bu insani məqamı alqışlar və rəğbətlə qarşılayıblar.