Ronaldo özünə 8 milyon avroluq yeni “oyuncaq” aldı – FOTOLAR

Futbol üzrə Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo özünə yeni avtomobil alıb.

Arena.az xəbər verir ki, o, “Bugatti Centodieci” avtomobili üçün 8 milyon avro ödəyib. Bu avtomobildən dünyada cəmi 10 dənə olduğu iddia edilir.

Qeyd edək ki, Ronaldonun avtomobil kolleksiyasında belə bahalı “oyuncaq”lar kifayət qədərdir. Onun qarajındakı avtomobillərin ümumi dəyərinin 30 milyondan çox olduğu bildirilir: