Futbol üzrə Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo türkiyəli aşpaz CZN Burak (Burak Özdəmir) ilə birgə restoran açmağa qərar verib. Arena.az xəbər verir ki, bu barədə Burak Özdəmir ölkəsinin mətbuatına açıqlama verib.
Məşhur aşpaz Bursada keçirilən tədbirlərin birində dünya şöhrətli futbolçu ilə şərikli restoran açmaqla bağlı razılığa gəldiklərini bəyan edib:
“Noyabrda Londonda Kristiano Ronaldo ilə birgə məkan açırıq. Bu haqda çox danışmırıq. Çünki açılışda sürpriz edəcəyik”.
Qeyd edək ki, 28 yaşlı Burak Özdəmirin bir neçə ölkədə restoranlar şəbəkəsi var.


