Ronaldo “Valyadolid” və “Kruzeyro”nu sata biləcəyini bildirdi

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti məşhur Ronaldo gələcəkdə bu komandaları sata biləcəyini bildirib.

Arena.az “Globo”ya istinadən, Ronaldonun bu barədə fikirlərini təqdim edir:

“İndi yox, amma gələcəkdə “Kruzeyro”da əbədi qalacağıma zəmanət verə bilmərəm. Etdiyimiz işə və kluba böyük həvəsim var. Amma təbii ki, əbədi qalmaq fikrində deyiləm.

Bir ölkədən digərinə keçmək çox yorucu idi, amma hazırda hər iki klubu idarə etmək mənə həzz verir. Bununla belə, gələcəyin necə olacağını sizə deyə bilmərəm”, deyə “Yekədiş” bildirib.

Xatırladaq ki, mövsümün sonunda “Kruzeyro” Braziliya A Seriyasında 14-cü yeri tutub. “Valyadolid” isə İspaniya Sequndasında keçirdiyi 19 oyundan sonra 35 xalla 2-ci yerdədir və La Liqaya çıxmaq üçün mübarizə aparır.